• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Bakının mərkəzində köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Bakının mərkəzində köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Vətəndaş halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR