DİN Tərtərdəki güllələnmə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Tərtərdəki güllələnmə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Tərtərdə baş vermiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinə oktyabrın 18-də saat 17 radələrində Yuxarı Qapanlı kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Murad Balacayevin öldürülməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Z.Əhlimanlı ilə aralarında yaranmış mübahisə zamanı M.Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhlimanlı şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Winchester” markalı tüfəng götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm