• USD 1,7000 0,00% EUR 1,9172 +0,50%
    • GBP 2,2670 +0,23% RUB 0,0227 +0,88%

Azərbaycanda toydan evə qayıdan ailə üzvləri dəhşət yaşadı – 4 NƏFƏR ÖLDÜ/FOTO

  • Hadisə
  • 21 Oktyabr 2021 11:57
  • 6 623 Baxış
Azərbaycanda toydan evə qayıdan ailə üzvləri dəhşət yaşadı – 4 NƏFƏR ÖLDÜ/FOTO

Bir neçə gün əvvəl gecə saatlarında Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində 4 nəfərin ölümünə səbəb olan dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, sürətlə hərəkət edərkən yoldan çıxıb çinar ağacına çırpılan avtomobildə olan 4 nəfər saat 22 radələrində Xaçmaz rayonu istiqamətindən Qubaya doğru toydan qayıdırmış. Belə ki, dumanlı hava şəraitində Alekseyevka kənd sakini 1999-cu il təvəllüdlü Məhəmməd Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobili yoldan çıxıb. Nəticədə sürücü və sərnişinləri - atası 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlu, əmisi Allahverdiyev Ağabala Atabala oğlu və qohumları 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlu zərbənin təsirindən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qey edək ki Quba-Xaçmaz yolunda tez-tez ağır yol qəzaları baş verir.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR