Koronavirusa yoluxmuş şəxs metroya daxil olarkən yaxalandı
Bizi izləyin

Hadisə

Koronavirusa yoluxmuş şəxs metroya daxil olarkən yaxalandı

Bu gün səhər saatlarında “Memar Əcəmi” metrostansiyanın girişində DİN əməkdaşları tərəfindən istinasız olaraq bütün sərnişinlərin COVİD-19 pasportu yoxlanılıb. Sənişinlər pasport göstərdikdən sonra metroya buraxılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Publika.az-a açıqlamasında bunun səbəbinə aydınlıq gətirib.

“Sözügedən ərazidə koronavirus xəstəsinin metrostansiya istiqamətində hərəkətdə olması ilə bağlı məlumat daxil olub. Bu səbəbdən polis əməkdaşları tərəfindən sərnişinlərin COVİD-19 pasportu yoxlanılıb. Digər metrostansiyalarda və avtobuslarda sərnişinlərdən pasport tələb olunmur. Metrostansiyalar kifayət qədər qapalı məkan olduğuna görə sərnişinlər mütləq qaydada tibbi maskadan istifadə etməlidirlər”, - E.Hacıyev qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm