Cəlilabadda dəhşətli hadisə - 5 nəfər xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Hadisə

Cəlilabadda dəhşətli hadisə - 5 nəfər xəstəxanaya yerləşdirildi

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 21010" və "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "VAZ 2107" markalı avtomobilin qəfil olaraq "VAZ 21010"in önünə çıxması olub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm