Azərbaycanda 57 partlayış hadisəsi baş verdi, 9 nəfər həlak oldu
Bizi izləyin

Hadisə

Azərbaycanda 57 partlayış hadisəsi baş verdi, 9 nəfər həlak oldu

Bu ilin 9 ayı ərzində ölkə ərazisində 57 partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisələr nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb.

Partlayış hadisələri nəticəsində köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə ümumilikdə respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm