Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı açıqlandı
Bizi izləyin

Hadisə

Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı açıqlandı

2021-ci ilin 9 ayı ərzində respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub. 2021-ci ilin 9 ayı ərzində respublika ərazisində 140 təbii mənşəli hadisə qeydə alınıb, nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

2021-ci ilin 9 ayı ərzində respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur.

Hesabat dövrünün təhlili onu göstərir ki, baş verən hadisələrin böyük əksəriyyəti insan faktorunun rol oynadığı texnogen mənşəli hadisələrin, xüsusilə yanğınların payına düşür. Ona görə də Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə diqqətli olmağı, böyük faciələrə yol aça biləcək hadisələrin qarşısını vaxtında almaq üçün məsuliyyətli davranaraq təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm