İntihar edən bloger bu polkovnikin nəvəsidir - FOTO
Bizi izləyin

Hadisə

İntihar edən bloger bu polkovnikin nəvəsidir - FOTO

Azərbaycanda məşhur ailənin övladı intihar edib.

Publika.az xəbər verir ki, bu barədə "Bakupost" məlumat yayıb.

Qeyd olunur ki, polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova dünən özünü asıb.

1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.

N.Məmmədova ixtisasca stomotoloq imiş, özünün klinikası olub, amma daha çox bloger və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib. Xüsusilə də müğənni Elnur Məmmədovla sıx əməkdaşlığı olub və bir çox mahnılarının müəllifi odur.

İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm