Binəqədidə 65 yaşlı qoca döyüldü, vəziyyəti ağırdır
Bizi izləyin

Hadisə

Binəqədidə 65 yaşlı qoca döyüldü, vəziyyəti ağırdır

Bakıda 65 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Xəzri Həşim Əjdər oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Xəzriyə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və beyinin daxili qan sızması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o cərrahi əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm