• USD 1,7000 0,00% EUR 1,9195 +0,03%
    • GBP 2,2543 -0,20% RUB 0,0230 +0,43%

Sabirabadda 53 yaşlı kişini avtomobil vurub

Sabirabadda 53 yaşlı kişini avtomobil vurub

Sabirabad rayonunda bir nəfərin xəsarət almasıilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəngən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Mübariz Əsədalı oğlu yolda gedərkən minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR