Gəncədə 55 yaşlı qadını avtomobil vurdu
Bizi izləyin

Hadisə

Gəncədə 55 yaşlı qadını avtomobil vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən marketlərin birinin qarşısında olub. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Qəmər Əfqanini vurub.

Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm