FHN müdaxilə etdi - Bakıda bu binanın tikintisi dayandırıldı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

FHN müdaxilə etdi - Bakıda bu binanın tikintisi dayandırıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19 ünvanında yerləşən “Xəlili Plaza” adlanan mövcud beşmərtəbəli qeyri-yaşayış binasının üzərində müvafiq sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm