Hadisə
FHN-dən eyvandan əşyaları atan şəxslə bağlı AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi əşyaları eyvandan atan şəxslə bağlı məlumat yayıb.
Publika.az-n məlumatına görə, bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində Abşeron Gənclər Şəhərciyinin ərazisindəki çoxmərtəbəli binada bir nəfər intihara təşəbbüs edib.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bina sakinlərindən biri ictimai əsayişi pozaraq (ev əşyalarını eyvandan atmaqla) insanların həyat və sağlamlığı üçün təhlükə törətməklə yanaşı, intihara təşəbbüs niyyətini nümayiş etdirir.
Xilasedicilərdən bir neçəsi intihara cəhd edən şəxsin diqqətini yayındırmaq məqsədilə onunla ünsiyyət qurmağa müvəffəq olub, həmin vaxt qalan xilasedicilər tərəfindən xilasetmə və digər zəruri tədbirlər, o cümlədən təhlükəsizlik çadırının çəkilməsi təmin edilib.
Ətrafda olan insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan sonra, xilasedicilər mənzilin qapısını açıb polis əməkdaşlarının içəri daxil olmasına şərait yaradıblar. Vətəndaş polis əməkdaşları tərəfindən saxlanılaraq zərərsizləşdirilib.
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO