Binəqədi rayonunda baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Binəqədi rayonunda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb.

xxx

00:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm