• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Bakıda dəhşətli hadisədə ölən qadınların FOTOSU - VİDEO

  • Hadisə
  • 3 Noyabr 2021 10:50
  • 32 242 Baxış
Bakıda dəhşətli hadisədə ölən qadınların FOTOSU - VİDEO

Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonu ərazisində - Ələt qəsəbəsi yaxınlığında baş vermiş dəhşətli qəzada ölənlərin olması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, vəfat edən şəxslərin Neftçalanın Şorkənd kənd sakinləri, 58 yaşlı İsmayılova İradə Balaxan qızı və 46 yaşlı Aşurova Əhliqə Ağasəf qızı olmaları və onların Bakıya süd-qatıq məhsulları gətirib satmaqla ailələrinə maddi dəstək olduqları bildirilib.

Vəfat edən qadınların fotoları sosial şəbəkədə yayılıb. Həmin fotonu təqdim edirik.

Bildirilir ki, hadisəyə "Ford"un sürücüsünün yuxulması səbəb olub. İdarəetmədən çıxan maşın ağırtonnajlı yük avtomobilinə çırpılıb.

*****

2 noyabr

Video əlavə olunub.

Bu gün Bakı şəhər Qaradağ rayonu ərazisində - Ələt qəsəbəsi yaxınlığında baş vermiş dəhşətli qəzada ölən qadınların kimliyi məlum olub.

Publika.az xəbər verir ki, vəfat edən şəxslərin Neftçalanın Şorkənd kənd sakinləri, 58 yaşlı İsmayılova İradə Balaxan qızı və 46 yaşlı Aşurova Əhliqə Ağasəf qızı olmaları məlum olub. Onların olduğu "Ford" markalı kiçiktutumlu yük maşının sürücüsü isə ağır xəsarət alıb.

Bildirilir ki, vəfat edən qadınlar Neftçaladan Bakıya süd məhsulları gətirib satırlarmış.

*****

13:47

Bu gün səhər saatlarında Qaradağ rayonunda Ələt qəsəbəsi yaxınlığında dəhşətli yol qəzası baş verib.

Publika.az xəbər verir ki, yolun paytaxta gələn hərəkət istiqamətində "Ford" markalı yük maşını eyni istiqamətdə hərəkət edən ağırtonnajlı yük maşınına çırpılıb. Nəticədə avtomobilin sürücüsü ağır bəsən xəsarətləri alıb. "Ford"un ön oturacağında olan 2 qadın sərnişin isə aldıqları xəsarətlərdən vəfat ediblər.

Bildirilir ki, qəzada vəfat edən qadınlar Neftçala rayon sakinləridir və onlar Bakıya səhər saatlarında süd-qatıq satmaq məqsədilə gəlirmiş. Qəzaya uğrayan maşında onların özləri ilə gətirdikləri süd məhsulları olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Muxtar

*****

09:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Publika.az xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR