Bakıda 25 metrlik quyuya düşmüş şəxs ölümdən qurtuldu - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda 25 metrlik quyuya düşmüş şəxs ölümdən qurtuldu - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda dərinliyi təqribən 25 m olan su quyusuna düşərək həyati təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm