Astarada faciəvi hadisə - QADIN ÖLDÜ
Bizi izləyin

Hadisə

Astarada faciəvi hadisə - QADIN ÖLDÜ

Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Şovu kənində qeydə alınıb.

Belə ki, kənd sakini 60 yaşlı Həsənova Zabitə Ali qızını “Ford” markalı yük avtomobili vurub.

Ağır bədən xəsarətləri alan Z.Həsənova təcili yardımın köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadın həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm