Hadisə
FHN Bakı metrosunda təlim keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən, “Bakı Metropoliteni” QSC-nin ərazisində yerləşən dəmir-beton konstruksiyaları istehsalatı sahəsinə məxsus qazanxanada yanğın-taktiki təlim keçirib.
Qazanxananın 46/20 nömrəli universal tipli buxar qazanında baş vermiş şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub.
Belə ki, şərti yanğın hadisəsi barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib” və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri “hadisə” baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüb.
Təlim başa çatdıqdan sonra təlim planına uyğun görülmüş tədbirlər müzakirə olunub, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropoliten işçilərinə baş verə biləcək bu kimi fövqəladə hallar zamanı zəruri davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...