Bakıda itkin düşmüş 14 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda itkin düşmüş 14 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - (YENİLƏNDİ)

Bakıda itkin düşən 14 yaşlı yeniyetmə tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub. Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcəkdir", - o deyib.

xxx

19:48

Bakıda 14 yaşlı Alina Cavadova itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə onun anası Oksana Cavadova məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 11:30 radələrində qızı taksi ilə Neftçilər metro stansiyası yaxınlığından evə Günəşli qəsəbəsinə göndərib.

Taksi sürücüsü onu Günəşlidə “Bravo” marketin yaxınlığında düşürüb, lakin Alina hələ də evə qayıtmayıb.

Alinanın əynində yaşıl gödəkçə, boz şalvar, qəhvəyi rəngli çəkmə olub. Təxmini boyu 160-162 santimetrdir.

Alinanın harada olması ilə bağlı hər hansı informasiyaya sahib olanlardan 050-389-16-69 (anası) nömrəsi ilə əlaqə saxlaması və ya yerli polis bölməsinə müraciət etməsi xahiş olunur. ("Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm