Qatarın şüşəsini sındıran yeniyetmələr saxlanıldı
Bizi izləyin

Hadisə

Qatarın şüşəsini sındıran yeniyetmələr saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarının Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan üç yeniyetmə müəyyənləşdirilərək saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm