Samuxda əlbəyaxa dava: 2 qardaş YARALANDI
Bizi izləyin

Hadisə

Samuxda əlbəyaxa dava: 2 qardaş YARALANDI

Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı iki qardaş xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb.

Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı iki qardaş müxtəlif xəsarətlər alıb.

Onlardan birinin aldığı xəsarətlərlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm