• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Gəncədə ana 2 aylıq uşağını körpələr evinə verdi - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 7 Noyabr 2021 19:12
  • 1 823 Baxış
Gəncədə ana 2 aylıq uşağını körpələr evinə verdi - FOTO

Gəncədə 2 aylıq körpə qız uşağı 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına “Körpələr Evinin” əməkdaşları tərəfindən gətirilib.

Xəstəxandan Publika.az-a verilən məlumata görə, körpə müayinədən keçib və hazırda vəziyyəti normaldır:

“O, suni qida alır, hər hansı bir xəstəliyi aşkarlanmayıb. Onun çəkisi 4 kiloqramdan artıqdır, boyu isə 58 santimetrdir. Körpənin “Uşaq Evinə” kimin təhvil verdiyi barədə isə məlumatımız yoxdur” - deyə xəstəxanadan bildirib.

Məlum olub ki, ana qız uşağını körpələr evinə verib.

xxx

Gəncə şəhərində 2 aylıq uşaq küçəyə atılıb.

Publik.az-ın yerli bürosunun verdiyi məlumata görə, qız uşağı olan körpəni tanımadığı şəxslər tapıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.

Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. Körpə suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 sm dir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR