Bakıda 3 nəfər avtomobilin altında qalıb öldü
Bizi izləyin

Hadisə

Bakıda 3 nəfər avtomobilin altında qalıb öldü

Bakıda yol-nəqliyyat hadisələri olub.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, noyabrın 6-da saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini R.Mancari idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Həbib Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nəsib Zamanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Oxşar hadisə Müşfiq qəsəbəsinin ərazisində də baş verib. Bakı şəhər sakini B.Qardaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Zenfira Hasilovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hadisələrlə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm