Ağsuda ikimərtəbəli ev yandı
Bizi izləyin

Hadisə

Ağsuda ikimərtəbəli ev yandı

Ağsu rayonunda ikimərtəbəli evdə yanğın olub.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, rayonun Xanbulaq kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsi aynabəndən ibarət) olan ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə, birinci mərtəbəsinin tavanı 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm