Azərbaycanda depressiyaya düşən 30 yaşlı qadın intihar etdi
Bizi izləyin

Hadisə

Azərbaycanda depressiyaya düşən 30 yaşlı qadın intihar etdi

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində ağacdan asaraq həyatına son qoyub.

İlkin məlumata görə, özündə onkoloji xəstəliyin yarandığını öyrənən 30 yaşlı qadın depressiyaya düşüb və bu səbəbdən intihar edib.

Mərhumun 2 azyaşlı övladı qalıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm