Sumqayıtda müəssisədə PARTLAYIŞ: xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Sumqayıtda müəssisədə PARTLAYIŞ: xəsarət alanlar var

Sumqayıt şəhərində Texnologiyalar Parkının törəmə şirkəti "STP AH" MMC-də partlayış hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Əldə etdiyimiz məlumata görə, onlardan biri ağır, digəri yüngül xəsarət alıb. Əraziyə təcili tibbi yardım cəlb edilib və yaralılar xəstəxanaya çatdırılıb.

Müəssisədən partlayışın başvermə səbəbi, xəsarət alanların kimliyi və vəziyyəti ilə bağlı hər hansı açıqlama verilməyib.

Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu cəlb olunub, araşdırma aparılır. ("Repor")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm