Polis 169 nəfəri toya buraxmadı
Bizi izləyin

Hadisə

Polis 169 nəfəri toya buraxmadı

Noyabrın10-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 80 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, monitorinq 66 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 169 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm