Hadisə
Sumqayıtda ŞOK HADİSƏ - Evə oğurluğa girən şəxs qadını öldürüb qaçdı
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Publika.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 1945-ci il təvəllüdlü Züleyxa Osmanovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Sumqayıt şəhər sakini Xanəhməd Rüstəmov oğurluq məqsədilə Züleyxa Osmanovanın evinə daxil olub, sonuncunun evdə olduğunu bildikdən sonra daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirib, daha sonra isə boğaraq öldürüb.
Xanəhməd Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ