FHN ötən sutka 7 nəfəri xilas etdi
Bizi izləyin

Hadisə

FHN ötən sutka 7 nəfəri xilas etdi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 22 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə isə 6 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən 7 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təxliyə olunub. Həmçinin Yasamal rayonunda bağlı qapı arxasında aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm