Bakıda Rusiya vətəndaşı olan 37 yaşlı qadının meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda Rusiya vətəndaşı olan 37 yaşlı qadının meyiti tapıldı

Bakıda 37 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib.

Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm