Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi ötən gün Şəmkirdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində Gədəbəy rayon sakinləri E.Zeynalovun idarə etdiyi “Mercedes”, S.Allahverdiyevin idarə etdiyi “VAZ-2106” və Bayram Gözəlovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə B.Gözəlov, arvadı Gəncalə və sərnişinlərindən Aliyə Əliyeva hadisə yerində ölüb.

B.Gözəlovun avtomobilində olan digər 3 sərnişini, habelə E.Zeynalov xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm