Bakıda "Hyundai" ağır qəza törətdi - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda "Hyundai" ağır qəza törətdi - ÖLƏN VAR

Noyabrın 16-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini S.Ələsgərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Hüseynəli Zeynalovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm