Yaşmada naməlum kişi meyiti tapıldı
Bizi izləyin

Hadisə

Yaşmada naməlum kişi meyiti tapıldı

Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə,
aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm