Goranboyda minaya düşən şəxs sağdır - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Goranboyda minaya düşən şəxs sağdır - (YENİLƏNDİ)

Goranboy rayonunda minaya düşən mülki şəxs sağdır.

Goranboy rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

xxx

Goranboyun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, kənd sakini otlaq sahəsində heyvan otaran zaman mina partlayıb.

"Hazırda polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar. Həmin şəxsin ərazidən çıxarma işləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm