Hadisə
Daha bir şadlıq evinin rəhbəri HƏBS EDİLDİ - FOTO/VİDEO
Paytaxtın Nizami rayonunda yerləşən “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “Oskar” şadlıq evinin rəhbəri Rafael Məmmədov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...