Gəncədə polislər dəhşət yaşadı: Ölən və yaralanan var - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gəncədə polislər dəhşət yaşadı: Ölən və yaralanan var - FOTO/YENİLƏNDİ

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a daxil olan məlumatda deyilir:

"Bu gün-noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Reginoal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".

*****

09:08

Gəncə şəhərində polislər yol qəzasına düşüblər.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin M.Bağırov küçəsində baş verib.

Qəza nəticəsində polis baş çavuşu Renat Əliyev dünyasını dəyişib.

Xəsarət alan digər polis əməkdaşı xəstəxanalardan birinə yerləşdirilib.

Qəzanın təfərrüatı dəqiqləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm