Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

Azərbaycanda tanınmış həkim Azər Əkbərov vəfat edib.

Publika.az xəbər verir ki, hərbi həkim uzman neyrocərrah Azər Əkbərov 42 yaşında dünyasını dəyişib.

Bu haqda həkimin yaxınları məlumat verib. Məlumata görə, həkim onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Azər Əkbərov Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.

O Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.

Həkim 44 günlük Vətən Müharibəsində də hərbi həkim kimi fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm