Bakıda ikimərtəbəli yaşayış binasında yanğın oldu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın oldu - YENİLƏNDİ

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət arakəsmə divar 6 m² sahədə yanıb.

Bu barədə Publika.az FHN-ə istinadla xəbər verir.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

18:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm