Azərbaycanda dəhşətli helikopter qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA: 14 ölü, 2 yaralı - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli helikopter qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA: 14 ölü, 2 yaralı - VİDEO

“Qaraheybət” aviasiya poliqonunda planı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib.

Publika.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində ölənlər və yaralananlar var. Qəza nəticəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb.

xxx

12:15

Video əlavə olunub.

xxx

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm