DİN deputatın bacısı oğlunun ölümü barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN deputatın bacısı oğlunun ölümü barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin məbtbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 1-də saat 20 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini A.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Şəhriyar Cəfərovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən şəxs deputat İltizam yusifovun bacısı oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm