Bakıda yük avtomobili gənc qızı vurdu
Bizi izləyin

Hadisə

Bakıda yük avtomobili gənc qızı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qala qəsəbəsində yolu keçən 1992-ci il təvəllüdlü Babayeva Sevda Valeh qızını “ZİL” markalı yük avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük və bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm