Bakıda yaşayış binasında yanğın: 1 nəfər xilas edildi, daha 10 nəfər...
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında yanğın: 1 nəfər xilas edildi, daha 10 nəfər...

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə və qismən taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər xilas və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm