Ucarda ağır qəza: yaralılar var
Bizi izləyin

Hadisə

Ucarda ağır qəza: yaralılar var

Ucarda bu gün axşam saatlarında baş verən avtomobil qəzasında 3 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, , hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 LN 502 dövlət nömrə nişanlı “Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri-1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları- 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm