Mingəçevirdə keçmiş məhkum heroinlə yaxalandı
Bizi izləyin

Hadisə

Mingəçevirdə keçmiş məhkum heroinlə yaxalandı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Nəqliyyat vasitəsinə,həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm