Bakıda ərzaq mağazası yandı
Bizi izləyin

Hadisə

Bakıda ərzaq mağazası yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Publika.az xəbər verir ki, ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m², birinci mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərir) ikimərtəbəli evin birinci mərtəbəsində anbara yığılan qarışıq mallar 15 m² sahədə yanıb.

Yüksək temperaturdan anbarın tavanı 15 m² sahədə qarsalanıb. Mağazanın qalan hissəsi, ev və yaxınlığında dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm