Bakıda iki gənc yol qəzasında xəsarət aldı
Bizi izləyin

Hadisə

Bakıda iki gənc yol qəzasında xəsarət aldı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

20 yaşlı Mirzəliyev Tural Ərəstun oğlunun idartə etdiyi nəqliyyat vasitəsi hava limanı-Bilgəh yolunda hərəkətdə olarkən digər avtomobillə toqquşub.

Hadisə zamanı T. Mirzəliyev və sərnişini, 2001-ci il təvəllüdlü Mehdiyev Əhəd Seyran oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm