Hadisə
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Görülən tədbirlər nəticəsində qeyd olunan qurumda müvafiq sektorda mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət edən ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq şöbəsində ekspert vəzifəsində işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib olunması və çıxarışların verilməsi üçün müraciət etmiş vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr aşkar edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














