Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNDİ

Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 ha sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

16:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos, quru ot və meyvə ağacları yanır. Yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm