Şəmkirdə baş verən yol qəzasının görüntüləri - VİDEO
Bizi izləyin

Hadisə

Şəmkirdə baş verən yol qəzasının görüntüləri - VİDEO

Video əlavə olunub.

xxx

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yayıb.

BDYPİ-dən Publika.az">Publika.az-a bildirilib ki, ötən gün saat 19:00 radələrində Şəmkir rayonu, Şuşa küçəsində rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlunun idarə etdiyi “Ford Cargo” markalı, 99-JT-341 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onunla eyni istiqamətdə hərəkətdə olan Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Muxdarov Elsəvər Möhübbət oğlunun idarə etdiyi eyni markalı, 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomibili toqquşub və hər iki nəqliyyat vasitəsi aşıb:

"Qəza nəticəsində 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Elsəvər Muxdarov və sərnişini, 1977-ci il təvəllüdlü Əliyev Asif Yusif oğlu həyatını itirib, digər yük avtomobilinin sürücüsü Tural Cəfərov isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm