Hadisə
Maşından küçələrə “yüz manatlıqlar” səpdi, sonra... - Bakıda ŞOK OLAY
Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.
Publika.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus "Opel” markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb. Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıb. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa çalışıblar. Polislərin təqibindən sonra onları Səbail rayonu Lermontov küçəsində yaxalamaq mümkün olub. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildən xeyli miqdarda saxta manatlıq və dollar əsginaslar aşkar edilib.
Saxlanılan şəxs bildirib ki, saxta pulları "Tarqovı"da 150 ədədinə 15 manat verərək alıb.
Onun barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqova 8 sutka inzibati həbs cəzası verilib.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular